“Hayk Aruturyanın cəsədinin bu şəkildə tapılması Ermənistanda ciddi rezonans yaradacaq”. Bunu Sherg.az-a açıqlamasında “Atlas” Araşdırmalar Mərkəzinin eksperti Kənan Paşayev deyib.
Analitik bildirib ki, çox kiçik qığılcım Ermənistanda yeni inqilab dalğalarının vüsət almasına yol aça bilər:
“Paşinyanın “Qarabağ klanı”na qarşı radikallığı klanın gücündən ehtiyatlanmasından irəli gəlir. Lakin, bu radikallıq baş naziri xilas etmək əvəzinə vəziyyətini daha da gərginləşdirəcək. Ümumiyyətlə, sosial-iqtisadi və siyasi baxımdan gərginlik yaşayan Ermənistanda hadisələrin gedişi İrəvan hökümətinin qısa zaman kəsiyində süqut edəcəyini göstərir. Düşmən ölkənin yeganə çıxış yolu işğal etdiyi torpaqlardan çəkilməkdir”.
Qeyd edək ki, Ermənistan polisinin keçmiş rəisi (keçmiş daxili işlər naziri) Hayk Arutyunyanın yaşadığı evdə meyiti tapılıb. Müayinə zamanı keçmiş rəisin kəllə nahiyəsində odlu silahdan açılan atəş yarası aşkar edilib. Hadisə yerindən odlu silah və giliz tapılıb. İntihar etdiyi ehtimal olunan Arutyunyan 2008-ci il hadisələrində şahid kimi dindirilib.