Özbəkistan prezidenti Şövkət Mirziyoyev Azərbaycana səfər edəcək.
APA -nın “Sputnik Özbəkistan” saytına istinadən verdiyi xəbərə görə, Özbəkistan prezidenti gələn ay Bakıda keçiriləcək Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) VII Zirvə Görüşündə iştirak edəcək.
Qeyd edək ki, Türk Şurasının 7-ci Zirvə toplantısı oktyabrın 15-də Bakıda keçiriləcək.