Tonoyandan şəhidimizlə bağlı etiraf: Azmaq ehtimalını istisna etmədi

Ermənistanın Müdafiə naziri David Tonoyan rəhbərlik etdiyi qurumun Azərbaycan Ordusunun diversiyasının qarşısını alması ilə bağlı bəyanatını şübhə altına alıb.

Axar.az xəbər verir ki, Tonoyan jurnalistlərə verdiyi açıqlamasında neytral ərazidə şəhid olan Azərbaycan əsgərinin azmaq ehtimalını istisna etməyib.

Erməni nazir hadisəyə dəqiq qiymətin yalnız aparılan araşdırmalardan sonra veriləcəyini deyib.

Qeyd edək ki, Azərbaycan Müdafiə Nazirliyi sentyabrın 22-də cəbhəboyu zonada yerləşən hərbi hissədə əsgər Abdulrəhmanov Ramin Şövkət oğlunun yolu azaraq düşmənlə üzbəüz mövqelər arasındakı ərazidə ermənilər tərəfindən vurulması ilə bağlı məlumat yaymışdı. Ermənistan tərəfi isə yaydığı məlumatda Azərbaycan Ordusu tərəfindən həyata keçirilən diversiyanın qarşısının alındığını bildirmişdi.

Sentyabrın 23-də Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) vasitəsi ilə əsgərimizin nəşi Vətənə gətirilib və dəfn olunub.