Düşməni təslim etmək vaxtıdır ! - “Bunun masa arxasında danışılacaq tərəfi yoxdur”

“Müzakirə o vaxt mümkündür ki, hər iki tərəfin haqlı əsasları olsun”

“Amma bir tərəf tamamilə haqsız, digəri haqlıdırsa, onları masaya çağırmaq haqsızı dəstəkləmək deməkdir”

“Ermənistan Avropa İnsan Hüquqları Məhkəməsində  mühakimə edilməlidir”

“Minsk qrupunun tərəfləri masaya dəvət etməsinin əsası olması üçün gərək indiyə qədər etmədiklərini etsin”


 Qədim mütəfəkkirlərin də dediyi kimi, hüquq ədalətin tərəzisidir.  Ermənilərin otuz ildir davam edən vəhşiliklərini, vandallıqlarını tərəzinin hansı gözünə qoyursan qoy, nəticə eynidir: Azərbaycanın humanist mövqeyi qat-qat daha üstündür. Hələ işğala, təcavüzə məruz qalan tərəf olduğumuzu da nəzərə alsaq, deməli, düşmən ən ağır cəzaya layiqdir. Deyəsən, lazımi və bəşəri cəzasını yavaş-yavaş almaqdadır. Azərbaycanın şanlı ordusu torpaqlarımızı işğaldan azad etməklə yanaşı, həm də düşmənə dərs keçir. Kişilik, ləyaqət, şərəf dərsi...Hərçənd ki, quyuya su tökməklə quyu dolmaz...Onlar elə ampulalarındadırlar. Necə gəliblərsə, elə də gedəcəklər- gücü mülki şəxslərə, qocaya, körpəyə çatan vandal, vəhşi kimi...

Bəs ermənilərə bir “Dur!” deyən yoxmudur? Görünür, yoxdur. Olsa özlərini belə aparmazdılar. Türkiyənin İstanbul universitetinin Hüquq fakültəsinin professoru Aydın Gülanla söhbətimiz də elə bu konteksdə idi.  Onun dediklərindən sonra belə məlum oldu ki, ermənilər hərəkətlərinə heç cürə haqq qazandıra bilməzlər:

-Bilirsiniz ki, Azərbaycan otuz ildir torpaqlarını geri almağa çalışır. Belə məsələlərlə bağlı beynəlxalq hüquq nə deyir?

- Beynəlxalq hüquq Azərbaycanın işğal altındakı torpaqlarını azad etməyə əngəl deyil. Beynəlxalq hüquq Azərbaycanın otuz illik səbrini bir gücsüzlük olaraq görməyib, əksinə, qiymətləndirsə idi, Ermənistana hüquqi təzyiqlə bu torpaqları Azərbaycana qaytarmasını təmin edərdi. Təmin etmədi və ya edə bilmədi. İndi Azərbaycanın torpaqlarını güc yolu ilə geri alması məcburiyyətdir. Dediyim kimi, beynəlxalq hüquq heç bir şəkildə buna əngəl deyil. Kaş ki, vaxtında Azərbaycanın ərazi bütövlüyü hüquqi yolla, sülhlə təmin ediləydi və bu məcburiyyətə ehtiyac qalmayaydı.

- ATƏT-in Minsk qrupu, xüsusilə Rusiya bütün gücü ilə bizi danışıqlar masasına dəvət edir. Danışıqlar hansı şərtlərlə mümkündür?

-Minsk qrupunun tərəfləri masaya dəvət etməsinin əsası olması üçün gərək indiyə qədər etmədiklərini etsin. Və vəzifəsini bundan sonra yerinə yetirəcəyi ilə bağlı Azərbaycanı inandırsın. Mövcud durum sərhəd anlaşılmazlığına görə iki ölkənin çəkişməsi deyil. Bir ölkənin torpaqları zorbalıqla, heç bir haqlı əsas olmadan işğal edilib. Deməli, indi müzakirə yox, haqsızdan haqlının haqqını almaq vaxtıdır. Düşməni təslim etmək vaxtıdır. Bunun yolu, zamanı, üsulu haqqında masa arxasında danışılacaq tərəfi yoxdur. Müzakirə o vaxt mümkündür ki, hər iki tərəfin haqlı əsasları olsun. Amma bir tərəf tamamilə haqsız, digəri haqlıdırsa, onları masaya çağırmaq haqsızı dəstəkləmək deməkdir.

-Ermənistan əsgərlərimiz qarşısında məğlubiyyətini ört-basdır etmək üçün mülki vətəndaşlarımızı hədəf alır. Hüquq buna nə deyir? Bilirik ki, cinayət varsa, cəza da olmalıdır.

-Bu, insanlıq cinayətidir. Müharibə hüququ mülkiləri hədəf almağı insanlıq cinayət hesab edir. Bu cinayəti törədənlər, əmir verənlər, səlahiyyətli şəxslər müəyyənləşməli, haqqlarında iş açılmalıdır. Beləliklə, Ermənistan Avropa İnsan Hüquqları Məhkəməsində  mühakimə edilməlidir.

-Deyək ki, hüquqdan qorxmurlar. Bəs ilahi ədalət?

-Hüquqdan qorxmamalarının təqsirkarı dünyada söz sahibi olan dövlətlərdir. Çünki onlar beynəlxalq hüquqdan ancaq özlərinə sərf edən formada yararlanıblar, sənədləri inkişaf etdirməyiblər. Ancaq, əlbəttə, heç kim ilahi ədalətdən qaça bilməz. Zalımlar zülmlərinin cəzasını, heç şübhəsiz, çəkəcəklər. Əminəm, Allah zalımın zülmünün hesabını soruşar.

-Dağlıq Qarabağ tamamilə azad olunduqdan sonra orda azərbaycanlılar və ermənilər birlikdə yaşaya bilərlər?

-Dağlıq Qarabağ azad edildikdən sonra azərbaycanlıların vətəndaşlıq verəcəkləri ermənilərlə birgə yaşaması, inşallah, mümkün olar. Halbuki ermənilər buna imkan verməmişdilər. Rəvan İrəvan adlandırılıb və ora ermənilərdən başqasının yaşamasına icazə verilməyib.

Lakin biz türklər və müsəlmanlar birlikdə yaşamaq mədəniyyətinə və başqasının hüququna hörmət etmək adətinə sahibik. İnşallah, birlikdə yaşayaraq bütün dünyanın dərs alacağı, hər mübahisəli ərazinin bizdən imdad diləyəcəyi mədəniyyətin təmsilçiləri olarıq. Məncə, ermənilərin dinc sakinləri hədəf almasının bir səbəbi də məhz bunun qarşısını almaqdır.

-Necə yəni?

-Onlar Azərbaycanı adekvat cavaba təhrik etmək istəyirlər. Düşünürlər ki, Azərbaycan torpaqlarını geri alanda oradakı dinc sakinlərə qarşı aqressiv davaranacaq. Hiyləgər düşmən də beynəlxalq ictimaiyyəti çaşdırmaq məqsədi ilə bu məqamdan ustalıqla istifadə edəcək.
-Böyük şair Mehmet Akif Ersoy “İstiqlal marşı”nda deyir ki, 

“...Doğacaqdır sənə vəd etdiyi günlər haqqın, 
Kim bilər, bəlkə, yarın, bəlkə, yarından da yaxın...”.  O gün bu gündür?
 
-Allah hamımıza kömək olsun. Günəş hər gün doğub, hər gün batır. Dünya hüquqa hörmət etməyən güclərin təhdidi və təsiri altında pisləşir. Biz düzəlsək, mədəniyyətimizi bütün insanlığa bir qurtuluş resepti kimi yenidən təqdim etsək, dünya, həqiqətən, sülhə qovuşar. Başqa yolu yoxdur.