XİN: “Ermənistan beynəlxalq hüquq pozuntularına görə məsuliyyətə cəlb olunmalıdır”


“Twitter” sosial şəbəkəsində Ermənistan tərəfinin Azərbaycana qarşı etnik zəmində ayrı-seçkiliyə çağırışlar edən kampaniya başladığı müəyyən olunub. “Twitter” tərəfindən alınan sübutlar Beynəlxalq Ədalət Məhkəməsinə təqdim olunub”.

Oxu.Az-ın xəbərinə görə, bunu xarici işlər nazirinin müavini Elnur Məmmədov bildirib.

Beynəlxalq Ədalət Məhkəməsində Ermənistana qarşı iddia işində Azərbaycanı təmsil edən Elnur Məmmədov onu da bildirib ki, Ermənistandakı bir sıra qruplarla yanaşı, muzdlulara təlim keçirilməsini təşkil edən VOMA (Voxj Mnalu Arvest - “Sağ qalmaq sənəti”) kimi təşkilatın fəaliyyətinin dayandırılması barədə qərar verilib:

“Bütün bu çağırışların dayandırılması barədə Beynəlxalq Ədalət Məhkəməsi tərəfindən təcili qərar çıxarılıb”.

O qeyd edib ki, Ermənistanın beynəlxalq hüquq pozuntularına görə məsuliyyətə cəlb olunması üçün Ermənistanın yol verdiyi pozuntulara təkcə BMT-nin Beynəlxalq Məhkəməsində deyil, digər müxtəlif beynəlxalq strukturlarda da baxılacaq.