Putin Təhlükəsizlik Şurasının əməliyyat müşavirəsini keçirəcək

"Rusiya Prezidenti Vladimir Putin dekabrın 10-da gün ərzində Təhlükəsizlik Şurasının daimi üzvləri ilə operativ müşavirə keçirəcək".

“Report” TASS-a istinadən xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov dekabrın 10-da jurnalistlərə bildirib.

“Prezident gün ərzində Təhlükəsizlik Şurasının daimi üzvləri ilə əməliyyat müşavirəsi keçirəcək. Biz həmişəki kimi bu barədə video yayıb, informasiya verəcəyik”, - o deyib.

Bildirilib ki, müşavirədə iqtisadi təhlükəsizlik sahəsində Rusiyanın iqtisadi maraqlarının təmin olunmasına dair məsələ də müzakirə olunur.