Nazarbayev Azərbaycanı Avrasiya İqtisadi İttifaqına dəvət edib

Azərbaycana Avrasiya İqtisadi Birliyində müşahidəçi statusu verilə bilər.
Bu açıqlama ilə Qazaxıstanın birinci prezidenti, Avrasiya İqtisadi Birliyinin fəxri sədri Nursultan Nazarbayev Avrasiya İqtisadi Şurasının videokonfrans formatında keçirilən iclasında çıxış edərkən söyləyib.
“Mən çoxillik münaqişədən sonra Azərbaycanla Ermənistan arasında münasibətlərin qurulmasını ürəkdən alqışlayıram. Düşünürəm ki, hamı belə fikirləşir. Bununla yanaşı, əvvəl də dediyimiz kimi, Azərbaycan Respublikası ilə Avrasiya İqtisadi Birliyində müşahidəçi ölkə statusu alması üçün danışıqlar aparılmasını mümkün hesab edirəm. Özbəkistan nümunəsi ilhamlandırmalıdır. Düşünürəm ki, Özbəkistan bundan az qazanmadı”, - deyə 81 yaşlı siyasətçi bildirib.
Mənbə: “RİA Novosti”