Duma:“...Qazaxıstanda hakimiyyəti ələ keçirə bilməyəcəklər”

Rusiya Dövlət Duması Qazaxıstanda hakimiyyətin ələ keçirilməsi ehtimalını dəyərləndirib.
"Sherg.az" "Lenta.ru"ya istinadən xəbər verir ki, Dövlət Dumasının MDB işləri üzrə komitəsi sədrinin birinci müavini Kazbek Taisayev bildirib ki, üsyançılar heç bir halda Qazaxıstanda hakimiyyəti ələ keçirə bilməyəcəklər.
Onun sözlərinə görə, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) ölkələrinin atdığı addımlar terrorçuların hakimiyyəti ələ keçirməsinə imkan verməyib:

“Çevriliş cəhdinin kimə sərf etdiyini zaman göstərəcək. Prezident Tokayev əlindən gələni etdi, KTMT-dən tam dəstək aldı”.
O, əlavə edib ki, sülhməramlılar vəziyyət normallaşanda Qazaxıstanı tərk edəcəklər.

Bundan əvvəl Rusiya prezidenti Vladimir Putin Qazaxıstan rəhbəri Qasım-Jomart Tokayevin cəsarətini yüksək dəyərləndirib:

"Tokayev terrorçuları dəf etmək üçün cəmiyyəti, hüquq-mühafizə orqanlarını və əhalini birləşdirib. O, məsuliyyəti öz üzərinə götürüb, həmçinin müvafiq tədbirlərə rəhbərlik edib”.

Cəmilə ƏZİM