Almaniya XİN başçısı: “Mərkəzi Asiya ölkələri Rusiya və Çindən asılı qalmamalıdır"

"Mərkəzi Asiya ölkələri Rusiya və ya Çindən birtərəfli asılı vəziyyətdə qalmamalıdır".
"Sherg.az" "RİA novosti"yə istinadən xəbər verir ki, bunu Almaniyanın xarici işlər naziri Annalena Berbok bildirib.
“Aydındır ki, Mərkəzi Asiya dövlətlərinin Rusiya və ya Çindən birtərəfli asılılığı Avropanın maraqlarına uyğun deyil", - deyə o qeyd edib.
Qeyd edək ki, Nazir İtaliyalı həmkarı Luici Di Maio ilə müzakirədən sonra mətbuat konfransında bu barədə danışıb. O, hər kəsi şoka salan etirazların necə və niyə zorakılığa çevrildiyinin hələ aydın olmadığını vurğulayıb.

Xanlar ƏLİBƏY