Ermənistan və Rusiyanın müdafiə nazirləri DANIŞDILAR

Ermənistan və Rusiyanın müdafiə nazirləri Suren Papikyan və Sergey Şoyqu arasında telefon danışığı olub.
"Sherg.az" "RİA novosti"yə istinadən xəbər verir ki, bu barədə Ermənistan hərbi idarəsinin mətbuat xidməti məlumat yayıb.
"Yanvarın 10-da Ermənistanın müdafiə naziri, KTMT-nin Müdafiə Nazirləri Şurasının katibi Suren Papikyan Rusiyanın müdafiə naziri ordu generalı Sergey Şoyqu telefon danışığı zamanı Qazaxıstandakı vəziyyətlə bağlı məsələləri, eləcə də bu ölkədə KTMT-nin sülhməramlı missiyası ilə bağlı məsələləri müzakirə ediblər.”, - deyə məlumatda bildirilir.

Xanlar ƏLİBƏY