Heç bir şübhə yoxdur

Ermənilər hər zaman iğtişaşlara fürsət kimi baxıblar

"Qazaxıstanda baş verən hadisələrdə, oğurluq-quldurluq əməllərində, ətrafa ziyan vurulmasında ermənilər xüsusi “aktivlik” nümayiş etdiriblər"

Ermənistan hərbçiləri Qazaxıstandakı vəziyyətdən öz çirkin məqsədləri üçün istifadə edirlər. Bu fikirlər rusiyalı analitik Yevgeni Mixaylov tərəfindən dilə gətirilib. Mixaylov vurğulayıb ki, Uralsk şəhərində nəzarət-buraxılış məntəqəsində erməni nömrəli avtomobilin saxlanıldığını, sərnişinlərinin silahlı olduğu müəyyən olunub. Maşında gözyaşardıcı qaz və soyuq silahlar olub. Bundan başqa, yük yerindən yüzlərlə telefon, planşet, smart saat və xüsusi maqnit etiketləri olan paltar aşkar edilib. Saxlanılanların sözlərinə görə, onlar iğtişaş zamanı əşyalar, smartfonlar və digər avadanlıqlar oğurlayıblar. Bu, ilk növbədə, bəzi şəxslərin ölkədə hökm sürən xaosdan sui-istifadə edərək, quldurluqlarda iştirak etmək fikrinə düşdüyünü göstərir. Onlar hər yerdə, o cümlədən Rusiyada da fəaliyyətdə olan quldurlardır. 

Ermənilərin “hərbçi” adı altında Qazaxıstanda törətdikləri əməllər barədə “Şərq”ə danışan siyasi elmlər doktoru, professor Cümşüd Nuriyev deyib ki, ermənilərin türk-müsəlman Qazaxıstanda “fəallığı” təəccübləndirici deyil. Professorun sözlərinə görə, 1990-cı il 20 Yanvar hadisələrində Azərbaycanda dəhşətli qırğınlar törədən quldurların məhz ermənilərdən ibarət olduğu sirr deyil: 

“Bakıda vəhşilik edənlərin, xalqımızın qanını tökənlərin demək olar ki, hamısı Krasnodardan yığılmış ermənilər idi. Ermənilər hər zaman iğtişaşlara fürsət kimi baxıblar. İndi də gözlərini Qazaxıstana dikiblər. Şübhə yox ki, bu gün Qazaxıstanda baş verən hadisələrdə, oğurluq-quldurluq əməllərində, ətrafa ziyan vurulmasında ermənilər xüsusi “aktivlik” nümayiş etdiriblər. Tarix boyu türklərin yaşadıqları məkanlara nifrət bəsləyiblər, daim qısqanclıq və qisasçılıq təfəkkürü ilə yaşayıblar. İndi Qazaxıstanda baş verənlər də göstərir ki, ermənilər yenə öz amplualarındadır. Ermənilərin Qazaxıstanda da Rusiyanın bir nömrəli maşası rolunda can-başla çıxış edirlər”.