Lukaşenko növbəti hədəfi göstərdi: "Özbəkistan nəticə çıxarmalıdır" 

Özbəkistanda da çevriliş ola bilər.
“Sherg.az” "Lenta.ru"ya istinadən xəbər verir ki, bu iddianı Belarus prezidenti Aleksand Lukaşenkoya Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı Şurasının (KTMT) Qazaxıstanda baş verənlərə həsr olunmuş sessiyasında çıxış zamanı səsləndirib. O qeyd edib: 
 “Qazaxıstandakı hadisələrdən ilk növbədə Özbəkistan nəticə çıxarmalıdır. Bu dərslər alınmasa, bizdə olan məlumata görə, eyni addım Özbəkistanda da atılacaq”.

Çimnaz ŞAHLAR