Peskov KTMT qoşunlarının Qazaxıstandan çıxarılmasından DANIŞDI: "...Haqqımız yoxdur”

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevin KTMT sülhməramlılarının ölkədən çıxarılmasının vaxtı ilə bağlı səsləndirdiyi fikrə münasibət bildirib. 
“Bu, KTMT-yə müraciət etmiş ölkənin səlahiyyətindədir. Bizim onların qərarına qarışmağa haqqımız yoxdur”, – deyə Peskov bildirib. 
"Sherg.az" "RİA novosti"yə istinadən xəbər verir ki, bu barədə Peskov sülhməramlıların Qazaxıstandan çıxarılması ilə bağlı sualı cavablandırarkən danışıb.
Qeyd edək ki, yanvarın 11-i parlamentdə çıxış edən Tokayev bildirib ki, KTMT sülhməramlı qüvvələrinin əsas missiyası uğurla başa çatıb. O əlavə edib ki, KTMT sülhməramlı kontingentinin çıxarılması iki gündən sonra başlayacaq və 10 gündən artıq olmayacaq. 

Xanlar ƏLİBƏY