Avropa İttifaqı: KTMT qoşunlarının Qazaxıstandan çıxarılması  vacibdir

Avropa İttifaqı (Aİ) Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT)nin qoşunlarının Qazaxıstandan çıxarılmasını vacib hesab edir. 
"Sherg.az" xəbər verir ki, bu barədə "RİA Novosti"yə Avropa Birliyinin xarici siyasət xidmətinin rəsmi nümayəndəsi Piter Stano danışıb.
“KTMT missiyasının Qazaxıstanda başa çatmasını və vəziyyət sabitləşdikdən sonra xarici qüvvələrin faktiki olaraq çıxarılması vacibdir. Həmçinin Qazaxıstana gələn xarici hərbçilər ölkənin suverenliyinə və müstəqilliyinə, eləcə də bütün vətəndaşların fundamental hüquqlarına hörmət etməlidir”, - deyə Piter Stano bildirib.
Qeyd edək ki, Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev yanvarın 11-i bildirib ki, KTMT sülhməramlı kontingentinin çıxarılması iki gündən sonra başlayacaq və 10 gündən çox olmayacaq.

Xanlar ƏLİBƏY