Qazaxıstanın yeni hökuməti ilk iclasını keçirəcək – Masada nələr var?

Qazaxıstanın yeni hökuməti ilk iclasda dövlət başçısı Kasım-Jomart Tokayevin tapşırıqlarının icrası ilə bağlı tədbirləri müzakirə edəcək.
"Sherg.az" "RİA novosti"yə istinadən xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin mətbuat xidmətindən məlumat verilib.
Məlumatda qeyd olunub:

"Yanvarın 12-i saat 8:30-da hökumətin iclası keçiriləcək. İclasın gündəliyinə Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin iclas zamanı verdiyi tapşırıqların icrası ilə bağlı tədbirlər müzakirəsi daxildir".

Qeyd edək ki, yanvarın 11-i Qazaxıstan prezidenti hökumətin yeni tərkibi haqqında fərman imzalayıb. Əvvəlki hökumət yanvarın 5-də etirazlar fonunda buraxılıb.

Xanlar ƏLİBƏY