“Almaniyaya işgüzar səfər Azərbaycan üçün çox uyğun və müstəsna zamana təsadüf edir. Masanın gündəliyində enerji məsələləri ön planda olacaq. Tərəflərin dünyəvi sülh, müasir çağırışlar, yaşıl enerji, Qarabağ məsələsi fonunda da fikir mübadisələsi aparılmaqları gözləniləndir”.
Bunu Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfərini “Sherg.az”a şərh edərkən hərbi-siyasi ekspert Həşim Səhrablı deyib.
O qeyd edib ki, Azərbaycan Mərkəzi Asiyadan enerji resurslarının Qərbə daşınması üçün önəmli tranzit ölkədir:
“Almaniyanın enerji ehtiyaclarını qarşılayan əsas ölkə Rusiyadır. Avropada Rusiyaya qarşı cəbhə formalaşdırılıb. Almaniya Rusiya ilə iqtisadi-enerji məsələsində əməkdaşlıqda maraqlı idi. Artıq ortada Rusiyanın təcavüzkar mövqeyi, Avropanın təhlükəsizliyinin təhdidi faktorları var. Almaniya yürütdüyü Rusiya siyasətində, xüsusilə enerji asılılığının azaldılması istiqamətində qəti qərarlar verir.
Belə halda Almaniya digər ölkələrin resurslarına ehtiyac duyur. Bu ölkələr sırasında Ərəb ölkələri, İran, Azərbaycan dayanır. Qərb dövlətlərinin İrana sanksiya tətbiq edir. Ərəb dövlətləri ilə enerji əlaqələri Almaniya üçün tranzit və s. problemlər yarada bilər.
Ən pis halda Almaniyanın Ərəb ölkələri ilə əlaqələrini formalaşdırması mümkündür. İndiki durumda Azərbaycan ən yaxşı enerji mənbəyi kimi görünür. Azərbaycan geosiyasi vəziyyət nəzərə alaraq tərəfdaşlarının sayını artırmaqda maraqlıdır. Almaniya da dünayanın ən güclü iqtisadi güclərindən biri olaraq Azərbaycanın tərəfdaşı kimi ölkəmizin gələcək inkişafında müstəsna rola sahib ola bilər”.
Qeyd edək ki, martın 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Almaniya Federativ Respublikasına işgüzar səfərə gəlib.