Hulusi Akar: “Terror təşkilatlarında ciddi çöküş yaşanır”

“Terror təşkilatlarında ciddi çöküş yaşanır”.
“Report” “CNN Türk”ə istinadən xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar sərhəd xəttindəki qoşunların komandirləri ilə keçirdiyi videokonfransda deyib.
O bildirib ki, əldə olunan kəşfiyyat məlumatları və terror qruplaşmalarının “rəhbər şəxs”lərinin açıqlamaları belə deməyə əsas verir: “Demək olar ki, terror təşkilatlarına kimsə üzv olmur. Həmçinin terror qruplaşmalarından ayırılanlar, qaçanların sayı kifayət qədər çoxdur”.
H.Akar söyləyib ki, Türkiyənin terrorla mübarizəsi sonuncu terrorçu zərərsizləşdirilənədək davam edəcək: “Onların ədalətə təslim olmalarından başqa yolu yoxdur. Kimlərinsə terrorçuları dəstəkləməsinə rəğmən, biz mübarizəmizi davam etdirəcəyik. İnşallah, millətimizi terror bəlasından xilas edəcəyik”.