Qazaxıstanda martın 19-da parlamentin aşağı palatası üçün keçirilən seçkilərdən sonra, dünən baş nazir Əlihan Smayılovun rəhbərlik etdiyi müvəqqəti hökumət istefa verib.
“Sherg.az” xarici mediaya istinadən xəbər verir ki, Qazaxıstan prezidenti Kasım Cömərt Tokayevin iştirakı ilə keçirilən parlament iclasında yeni baş nazir namizədinin seçilməsi müzakirə edilib.
Çıxışında 19 mart parlament seçkilərində ən çox səs toplayan partiyanın baş nazir namizədini irəli sürəcəyi ilə bağlı sözlərini xatırladan Tokayev, “Bu gün Əmanət Partiyası namizəd irəli sürdü və fikrinizi aldıq. Əlihan Smayılovu baş nazir kimi tövsiyə edirəm. Hesab edirəm ki, o, hökumətin qarşıya qoyduğu hədəfləri çox yaxşı bilir. Ona görə də ona etibar etmək olar”.
Qeyd edək ki,Tokayevin çıxışından sonra 97 deputatdan 82-si Smayılovun namizədliyini dəstəkləyib.
Qazaxıstan prezidentinin bəyanatında bildirilir ki, prezident Tokayev Smayılovun yenidən baş nazir təyin edilməsi haqqında sərəncam imzalayıb.
Xatırladaq ki, 50 yaşlı baş nazir Smayılov ötən ilin yanvarından postda idi.
Mənbə: Hürriyət qəzeti