“Ukrayna təyyarə tipli 8 pilotsuz uçuş aparatı ilə Moskvaya hücum etməyə cəhd edib”.
Bu barədə məlumatı ölkənin Müdafiə Nazirliyi yayıb.
PUA-ların hamısının zərərsizləşdirildiyi bildirilir.
Nazirlik nu kütləvi hücumu terror aktı da adlandırıb.
Xatırladaq ki, 30-u səhər saatlarında Moskvada yaşayış binalarına PUA-larla hücum edilməsi barədə məlumat yayılıb.
Hadisəyə münasibət bildirən Ağ partiya sədrinin müavini, politoloq Əhəd Məmmədli "Sherg.az"a bildirib ki, Ukrayna Rusiyaya müharibənin şiddətinini xatırladır:
"Almaniya 1941-ci ildə Sovet Rusiyasına hücum edərkən SSRİ Berlinə əks-hücuma keçdi. Yəni Almaniyanın hava xəttini yararaq paytaxtı bombaladı. Bu isə almamanlara öz ərazilərində müharibənin acısını göstərmək üçün atılan bir addım idi.İndi Ukrayna da öz ərazilərini itirdiyi və əks-hücuma keçə bilmədiyi bir zamanda, Rusiyayanın ərazilərinə maksimum zərbələr endirməyə çalışır".
Analitik əlavə edib ki, bunun ciddi və davamlı olacağını düşünmür:
"Çünki savaşda həm rəsmi Kiyev, həm də Moskva tükənib. Hətta döyüş artıq mövqe müharibəsinə çevrilib. Ümumiyyətlə, tərəflər savaşda tükənəndə, döyüş mövqe müharibəsinə çevrilir. İndiki vəziyyət də odur. Bu səbəblə də tərəflər bir-birini yormağı hədəfləyir. Ukrayna da rus xalqına müharibənin dəhşətlərini hiss etdirir".