Sabiq XİN: “Can Azərbaycanın haqlarını müdafiə etmək üçün birlikdə çalışdıq”

Türkiyənin sabiq xarici işlər naziri Mövlud Çavuşoğlu Azərbaycanın XİN başçısı Ceyhun Bayramovun tvitinə münasibət bildirib.

“Report” xəbər verir ki, türkiyəli diplomat C.Bayramova təşəkkürünü bildirib:

“Əziz qardaşım, Türkiyə və Can Azərbaycanın haqlarını müdafiə etmək üçün birlikdə çalışdıq, çox təşəkkür edirəm. Yaşasın Türkiyə-Azərbaycan qardaşlığı!”.

Qeyd edək ki, bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin yeni tərkibini açıqlayıb. Türkiyənin xarici işlər naziri vəzifəsinə Milli Kəşfiyyat Təşkilatının sabiq rəisi Hakan Fidan təyin olunub.