Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sentyabr ayında sıx diplomatik tıxacı var.
"Sherg.az" xəbər verir ki, Ərdoğan sentyabrın 9-10-da Hindistanda keçiriləcək G-20 Liderlər Zirvəsinə qatılacaq. Sammit çərçivəsində ikitərəfli münasibətlərlə yanaşı, regional və qlobal problemlər də müzakirə olunacaq.
Prezident Ərdoğan 17-21 sentyabr tarixlərində Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası münasibətilə ABŞ-a səfər edəcək. O, Baş Assambleyada dünya liderləri qarşısında çıxış edəcək. Ərdoğanın İslamofobiya, qaçqınların vəziyyəti, iqlim dəyişikliyi, Kipr problemi, Rusiya-Ukrayna müharibəsindəki son vəziyyət və taxıl daşınması kimi mövzularda mühüm mesajlar verməsi gözlənilir.
Mənbə: TRT Haber