Sahib Alıyev: “Tələblərimizi yerinə yetirməsələr rəzil vəziyyətə düşəcəklər”

“Qətiyyən şübhəm yoxdur”

  "Azərbaycan lokal antiterror tədbirini dayandırdı. Çünki Qarabağdakı hərbi xunta tələblərimizi yerinə yetirməyə hazırdır. Biz isə nə itki vermək istəyirik, nə də Qarabağda yaşayan mülkilərə zərər dəyməsini".

 Bu barədə millət vəkili Sahib Alıyev deyib. Deputat bildirib ki, məhz ona görə də ən yüksək səviyyədə bildirilmişdi ki, oradakı terrorçu ünsürlər silahı yerə qoymağa hazır olduğu və rejim buraxıldığı halda dayanacağıq:

"Açığı, qarşı tərəfin verdiyi sözə axıradək əməl etmək istəyəcəyinə çoxunuz kimi məndə də şübhələr var. Amma ona qətiyyən şübhəm yoxdur ki, tələblərimizi tam şəkildə və sürətlə yerinə yetirməyəcəkləri halda daha rəzil vəziyyətə salınacaqlar. Burada maraqlı olan məqamlardan biri odur ki, Qarabağdakı hərbi xunta Ermənistan rəhbərliyinin də, Azərbaycanı antiterror tədbirlərini dərhal dayanadırmağa çağıran ünsürlərin də yalançı, minsifətli olduqlarını, reallığı təhrif etdiklərini və yaxud da görməzdən gəldiklərini ortaya qoyurlar. Baxın, hərbi xuntanın tələblərimizi yerinə yetirmyə hazır olduğunun bildirilidiyi "rəsmi" açıqlamasında nə yazılıb: "Razılıq əldə edilib ki, Ermənistan Respublikasının hissələri və hərbi qulluqçuları Qarabağın Rusiya sülhməramlılarının yerləşdiyi hissəsindən çıxarılsın". Nə oldu? Bəs deyirdiniz ki, Ermənistanın Qarabağda heç bir hərbçisi yoxdur. Oradakı hərbi xunta təsdiqləyir ki, var və "dəmir yumruq" növbəti dəfə başlarına dəyəndən sonra rədd olub getməyə hazırdılar. Elə isə Avropa Birliyi Şurasının prezidenti Şarl Mişel, ABŞ Dövlət Departamentinə rəhbərlik edən Antoni Blinken, BMT Baş katibi Antonio Quttereş hansı əsasla Qarabağda keçirilən antiterror tədbirindən narazılıqlarını ifadə edirdilər?!".