Türkiyə səfiri Qənirə Paşayevanın yaxınlarına başsağlığı verib

Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı Milli Məclisinin deputatı Qənirə Paşayevanın vəfatı ilə əlaqədar onun yaxınlarına başsağlığı verib.

Səfir bu barədə “X” sosial şəbəkəsindəki hesabında yazıb.

“Azərbaycan Milli Məclisinin deputatı Qənirə xanım Paşayevanın vəfatı xəbərini böyük kədər hissi ilə eşitdik. Hazırda xəstəxanadayıq.

Hörmətli atası Ələsgər bəyə, ailəsinə və yaxınlarına ölkəmiz və xalqımız adından başsağlığı verir, səbir diləyirik. Allah rəhmət eləsin, qəbri nurla dolsun”, - səfir qeyd edib.