Ermənilər Qarabağı niyə tərk edir? - TƏHLİL 

Azərbaycan Ordusunun Qarabağda həyata keçirdiyi bir günlük lokal xarakterli antiterror tədbirləri nəticəsində ölkəmizin suverenliyi tam bərpa olundu. Tədbirlər zamanı təkcə hərbi obyektlər, qanunsuz silahlı birləşmələr hədəf alındı. 
Məlum olduğu kimi, Azərbaycan erməni əsilli şəxslərə ölkəmizə reinteqrasiya olunmağı təklif edib. Kimlər ki, bununla razılaşsa Azərbaycan vətəndaşlığını qəbul etməlidirlər. Azərbaycan vətəndaşı kimi yaşamaq istəməyənlər isə Qarabağı tərk etməkdə sərbəstdirlər.
Azərbaycan dövləti Qarabağdakı ermənilərə qarşı çox həssas davranır,  zəruri ehtiyaclarını qarşılamaq üçün tonlarla yardım göndərir, onlara hər cür köməklik edir.
Buna baxmayaraq, antiterror tədbirlərindən sonra Qarabağ iqtisadi rayonunda yaşayan ermənilər kütləvi şəkildə "Laçın" dövlət sərhədindən buraxılış məntəqəsi vasitəsilə təhlükəsizlik şəkildə Ermənistana getməyə başlayıblar. 
Bunun əksinə olaraq isə Ermənistan siyasi rəhbərliyi, media qurumları guya ölkəmizin etnik təmizləmə siyasəti həyata keçirdiyi barədə dezinformasiyalar yayırlar.
Reallıq isə belədir:
Ermənilər Azərbaycan torpaqlarını işğal etdiyi zaman on minlərlə azərbaycanlını qətlə yetirdi, qaçın və məcburi köçkünlərin sayı isə milyonu nəfəri ötdü.
Azərbaycanlılar zorla öz yurdlarından didərgin salındı, körpələr, yaşlılar, xəstələr, hamilə qadınlar vəhşicəsinə öldürüldü. Azərbaycanlılar qarlı-şaxtalı havada ölüm təhlükəsi ilə ayağı yalın, başı açıq meşələrdən, dağlardan keçərək məcburi köçkünlük həyatı yaşamağa məcbur oldular. Bu da Ermənistanın işğalçı və təcavüzkar dövlət olmasının əyani sübutdur.
Bu gün isə Azərbaycan polisi, hüquq-mühafizə orqanları ərazilərimizi tərk etmək istəyənlərə təhlükəsiz şərait yaradır, onları incitmir. Hətta ermənilərə zəruri yardımlar da edir. 

Ermənilər nəqliyyat vasitələri ilə rahat şəkildə, heç bir təhlükə  hiss etmədən Ermənistana üz tuturlar. Laçın yolundan keçən ermənilərin müsahibələrindən də bəlli olur ki, Azərbaycan dövlətinin müvafıq orqanları onlara yardım göstərir. Hətta ermənilərə niyə gedirsiniz sualı da ünvanlanır. Əlbəttə, gətmek istəyənlər üçün yol hər zaman açıqdır və dövlətimiz də bunu təhlükəsizlik şəkildə təşkil edir. 
Bütün bunlar Azərbaycanın humanizm tərəfdarı olduğunun, sülhə sadiqliyinin nümayişidir. 
Diqqət çəkən maraqlı məqamlardan biri də ermənilərin kütləvi şəkildə Ermənistana getməsi ilə bağlıdır. 
Bu istiqamətdə bir neçə versiya irəli sürülə bilər:
Əvvəlcə qeyd edək ki, ermənilərin Qarabağdan getməsinin "çətinliklə",  "humanitar böhranla", "təhlükəsizlik"lə əlaqəsi yoxdur. Buna siyasi prespektivlərə hesablanmış bir addım kimi yanaşmaq olar. 
Belə ki, ermənilər guya Qadağadan zorla  çıxarıldıqlarını beynəlxalq aləmə nümayiş etdirib, bununla da məzlum xalq obrazı yaratmaq istəyirlər. 
Eyni zamanda, Ermənistan dövləti tərəfindən Qarabağda guya etnik təmizləmə həyata keçirildiyi və təhlükəsizlik mühiti olmadığı üçün insanların köçməsi barədə reallığı əks etdirməyən məlumatlar tirajlayırlar. 
Bütün bunların əsl səbəbi müharibədə məğlub olmuş Ermənistanın diplomatik savaşda əlini gücləndirməyə çalışması ilə bağlıdır.
Belə ki, Ermənistan beynəlxalq təşkilatlara və məhkəmələrə  müraciət edərək guya erməni əhalisinin öz yaşadığı ərazilərdən məcburi köçkün düşdüyü yalanını bütün dünyaya çatdırmağa çalışacaq. 
Ermənistan, eyni zamanda, yalançı "məcburi köçkünlük şousu" ilə xarici ölkələrdən maliyyə dəstəyi də alır və yəqin ki, qarşıdakı zamanlarda da bu yardım davamlı olacaq. Faktiki olaraq Azərbaycan dövləti Qarabağda olan ermənilərə təhlükəsizlik zəmanəti verib. Əgər kimsə Qarabağda yaşayacaqsa, Azərbaycan vətəndaşları kimi bərabər statusa malik olacaq.
Lakin Ermənistan dövləti hər zaman olduğu kimi dünya ictimaiyyətini həssas məsələlərlə aldatmağa və ölkə daxilində olan prosesləri ikinci plana atmağa çalışır. 


Elmir Səftərov
Siyasi şərhçi