Azərbaycan və Ermənistan baş nazirlərinin müavinləri sərhədlərin delimitasiyasını Qazaxda müzakirə edəcəklər.
Ermənistan mətbuatının məlumatına görə, baş nazirin müavini Şahin Mustafayev və Ermənistanın baş nazirinin müavini Mqer Qriqoryan arasında sərhədlərin delimitasiyası ilə bağlı görüş noyabrın 30-da baş tutacaq.
Görüş Qazax-İcevan sərhədində olacaq.
Baş tutacaq görüşü şərh edən sabiq xarici işlər naziri Elmar Məmmədyarov "Sherg.az"a söyləyib ki, bu çox önəmli bir məsələdir:
"Əvvəllər baş nazirlər digər ölkələrdə görüşürdülər. Amma ilk dəfədir ki, sərhəddə birbaşa görüş təşkil olunub. Bu baxımdan, əlbəttə, bu çox vacib hadisədir. Delimitasiyadan sonra çox güman ki, sülh sazişinin layihəsi üzərində də birbaşa görüşlər başlanacaq. Ümumiyyətlə delimitasiyası mürəkkəb bir məsələdir. Xatırlayırsınızsa, Rusiya ilə neçə il delimitasiyaya ilə bağlı iclaslar keçirmişik. Eyni zamanda Gürcüstanla da indiyə qədər delimitasiyanı qurtara bilməmişik. Yəni delimitasiyası asand məsələ deyil. Amma bununla bağlı görüşlərin keçirilməsi yaxşı nəticədir".