Siyasətdə bütün gözlər İYİ Partiyasının bugünkü Ümumi İdarə Heyətinin toplantısındadır. Cümə axşamı günü İYİ Partiya sədri Meral Akşeneri ziyarət edən CHP sədri Özgür Özəl "Yerli seçkilərdə əməkdaşlıq edək" təklifini edib. CHP-nin təklifinə cavab görüşdən sonra bəlli olacaq.
Sherg.az türk mediasına istinadən xəbər verir ki, İYİ Partiyası Cümhuriyyət Xalq Partiyasının (CHP) “Yerli seçkilərdə ittifaq yox, əməkdaşlıq edək” təklifi ilə bağlı qərar verəcək.
Cümhuriyyət Xalq Partiyası və İYİ Partiyası son 3 seçkiyə "Millət Alyansı"nın çətiri altında seçkilərə qatılıb.
Lakin 14-28 may seçkilərindən sonra İYİ Partiya Ümumi İdarə Heyəti 2024-cü ilin martında keçiriləcək yerli seçkilərə 81 vilayətdə öz namizədləri ilə yarışa qatılmaq qərarına gəlib.
Partiya həmçinin İzmir, Kahramanmaraş və Əskişəhər kimi bir çox vilayət üçün namizədlərini açıqlayıb.
CHP sədri Özgür Özəl cümə axşamı günü İYİ Partiyasının sədri Meral Akşeneri ziyarət edərək, "Yerli seçkilərdə əməkdaşlıq edək" təklifini verib.
Əldə edilən məlumata görə, CHP-nin təklifi Ankara və İstanbul kimi vilayətləri əhatə edir.
İki tərəf əməkdaşlıq edəcəkmi? Sualın cavabı İYİ Partiyasının Ümumi İdarə Heyətinin toplantısından sonra açıqlanacaq.