Qarabağ üzərində suverenliyimiz bərpa olunub
"Rusiya Prezidenti Vladimir Putinlə Ermənistanın Baş naziri Nikol Paşinyanın Qarabağla bağlı bir-birilərinə ünvanladıqları ittihamlar uşaq çığallığına bənzəyir".
Bu barədə "Sherg.az"a politoloq Elxan Şahinoğlu deyib.
Ekspert bildirib ki, Putin Qarabağı Azərbaycan ərazisi kimi birinci Paşinyanın tanıdığını söyləyir:
"Paşinyan isə əksini bildirir ki, “yox, birinci sən tanıdın”. Bir-biri ilə elə mübahisə aparırlar ki, sanki söhbət onlara aid ərazidən gedir. Bitdi də məsələ. Azərbaycan ərazi bütövlüyünü və Qarabağ üzərində suverenliyini bərpa etdi. Mübahisə üçün başqa mövzu tapın. Ermənistanın özündə də hakimiyyətlə müxalifət məğlubiyyəti bir-birilərinin üzərinə yükləməklə məşğuldurlar. Biz də 1990-cı illərdə eyni ilə məğlubiyyətin günahkarı mövzusu ətrafında illərlə müzakirələr apardıq. İkinci Qarabağ müharibəsi buna son qoydu, yeni mövzuları müzakirə edirik. Ermənistan cəmiyyəti və siyasi dairələri isə bizim 1990-cı illərdəki mövzularımızı müzakirə edirlər və bundan uzun illər qurtula bilməyəcəklər".