Türkiyə XİN başçısı: TDT-nin beynəlxalq təsiri artır

“Türk Dövlətləri Təşkilatının beynəlxalq təsiri artır”.

APA-nın Türkiyə müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidan Türkiyə Böyük Millət Məclisində (TBMM) çıxışı zamanı bildirib.

O qeyd edib ki, hədəf hazırda TDT-nin təhlükəsizlikdən iqtisadiyyata qədər bütün sahələri əhatə edən hərtərəfli inteqrasiya modelinə çevrilməsidir:

“Özbəkistan, Qazaxıstan, Türkmənistan, Qırğızıstan və Tacikistanla hər sahədə ikitərəfli münasibətlərimizi daha da irəliyə götürür və institusionallaşdırırıq”.