BMT baş katibinin müavini: Bakıda keçiriləcək COP29 böyük əhəmiyyət daşıyır 

İsrailin HAMAS-a qarşı əməliyyatı böyük fəlakətdir, Sudanda da böyük problemlər yaranıb.

Bunu bu gün XI Bakı Qlobal Forumunun rəsmi açılış mərasimində BMT baş katibinin siyasi məsələlər üzrə müavini Qay Rayder (Guy Ryder) bildirib.

O deyib ki, qlobal məsələlər ən münasib vaxtda həll edilməlidir:

“Parçalanma, hərbi qüvvədən istifadə etmə yolverilməzdir. BMT baş katibi dəfələrlə bəyan edib ki, dağıdıcı xətləri aradan qaldırmalıyıq. Aydındır ki, dünya dəyişib. Biz qütblü dünyaya getməliyik. 2030-cu ilə qədər gündəlik müzakirə edilib. Dünya ictimaiyyətinin əsas böhranları aradan qaldırması çox vacibdir. Buna görə Qlobal kontankt sazişi təklif olundu. Qlobal sazişin imzalanması vacibdir, bu, rəqəmsal paçalanmanı, texnologiyalardan qeyri-düzgün istifadəni də aradan qaldırar”.

Qay Rayder qeyd edib ki, Bakıda keçiriləcək COP29 tədbiri də böyük əhəmiyyət daşıyır və Azərbaycanın sədrliyini dəstəkləyirlər:

“Bakı Qlobal Forumunda müzakirələr bizim üçün vacibdir. Hamı beynəlxalq hüquqların tələblərinə riayət etməlidir. Düşünürəm ki, Forum hər birimizin irəliyə getməyimizə səbəb olacaq”.