Tokayev Ərdoğandan və Mirziyoyevden sonra Qarabağa səfər edən üçüncü türk lideri oldu  -ANALİZ

Qazaxıstan dövlət başçısı Kasım-Jomart Tokayev Martın 11 də Azərbaycana rəsmi işgüzar səfərə gəldi. Ziyarət gündəmində iki qardaş ölkə arasında başta enerji olmaq şərti ilə iqtisadiyyat, kənd təsərrüfatı, logistika məsələlərində ortaq müqavilələr imzalandı. Uğurlu və faydalı keçən Baki görüşlərindən sonra Qazaxıstan Prezidenti Tokayev'in təyyarəsi işğaldan azad olunmuş Fuzuli şəhərinə uçtu. Fuzuli airportunda Tokayevi şəxsən qarşılayan Azərbaycan Prezidenti İlham Əliyev, Tokayev ilə bərabər Fuzuli şəhərini gəzdilər. Buradakı erməni vandalizmi və faşizmi barədə Qazaxıstan liderinə məlumat verildi. Məhv olmuş infrastruktur və xaraba halına gələn Qarabağı Tokayev canlı olaraq gördü. Fuzulidə bir çox dövlət qurumlarında olan Qazaxıstan lideri Azərbaycanın bölgədəki yeni layihələri ilə, özəlliklə də şəhərin baş planı ilə tanış oldu. Tokayev Fuzulidə Qazaxıstan dövlətin maliyə dəstəyi ilə inşa olunan Kurmanqazı Qazax Mədəniyyət evinin açılışını etdi. Açılış mərasimdə bu mərkəz bizim, yəni Qazax xalqı və Dövlətinin  sizlər üçün bir mədəniyyət hədiyyəsi oldu ifadəsinə yer verdi. Qazax Mədəniyyət Evinin açılışından sonra Tokayev dövlət başçısı İlham Əliyevlə bərabər Qarabağın ən önəmli şəhəri olan Şuşaya səfər etdilər. Qarabağın füsünkar təbiəti, zəngin flora və faunası Qazaxıstan dövlət başçısını valeh etdi. Faydalı və uğurlu keçən Tokayev səfəri iki ölkə arasında enerjidən, iqtisadiyyata, mədəniyyətdən, kənd təsərrüfatına qədər olan bir çox sahədə ortaq işbirliği müqavilələrinin imzalanmasına vəsilə oldu. Türkiyə prezidenti R.T.Ərdoğan və Özbəkistan prezidenti Ş.Mirziyoyevdən sonra Fuzuli Hava Limanına enən üçüncü türk dövləti başçısı Kasım-Jomart Tokayev oldu. 

Tokayevin Bakı və ardından Qarabağ səfəri təkcə iki dövlət arasındaki əlaqələrə müsbət təsir etmədi, bundan əlavə 2021-ci ilin 12 noyabrında imzalanan və Türk Dövlətləri Təşkilatını quran İstanbul Müqaviləsi yeni təşkilatın qarşısında bir çox strategiyalar qoymuşdu. Bunlardan ən önəmlisi isə "2040 Türk Dünyası Vizyonu" hədəfidir. Türk Dünyası arasında milli kimlik və mədəniyyət inteqrasiyasını tamamlayan, dövlət əlaqələrini daha da möhkəmləndirən bu vizyon strategiyası ilə Türk Dünyası yaxın dönəmdə bir qlobal güc halına gələcək. Bu məqsəd üçün çalışan dövlət başçıları öncəliklə Türk Dünyasındakı regional problem olan məsələləri ortaq həll edərək Avrasiyada bir dünya gücünün qurulması üçün əngəlləri ortadan qaldırmaq niyyətindədirlər. Türk liderlerinden Qarabağ səfərləri və bu bölgəyə investisiya yatırımları da bunu göstərir. Qarabağdaki savaş və kaos düzəni geridə qalıb, yeni liberal yöndə adımlar atılmaqdadır. XXI əsr Türk Dünyası və Türk Əsridir. Türklər də dünyada savaş yerinə sülh və barışa önəm verən toplum olub. Dostluq və əməkdaşlıqda möhkəmlənən Türk Dünyasının mərkəzi isə Cənubi Qafqaz, daha doğrusu Azərbaycan olub. Coğrafi bağları ilə Türk Dünyasında bir körpü olan Azərbaycan, bugün etibarıilə artıq Türk Dünyası üçün bir sülh, barış və işbirliği mərkəzi halına gəlmiş ölkədir. 

Rəşid Sadıqov, Sakarya Üniversiteti, Beynəlxalq Münasibətlər üzrə doktorant