Prezidentin köməkçisi: Avropa Parlamenti Azərbaycana qarşı platformaya çevrilib

"Biz Orta Dəhlizin tam gücü ilə çalışması üçün çalışırıq".
Bunu bu gün XI Bakı Qlobal Forumu çərçivəsində keçirilən “Parçalanmış dünyanın bərpası" mövzusunda paneldə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

Hikmət Hacıyev deyib ki, hazırda beynəlxalq təşkilatlar öhdəliklərini yerinə yetirməməsinin şahidiyik: “Dünya COVID-19-un vurduğu təsirin qarşısını tam ala bilməyib. Azərbaycan peyvəndlərin bərabər paylanması təşəbbüsü ilə çıxış etmişdi. Beynəlxalq təsisatların, Avropa təşkilatlarının böhran yaşadığını görürük. Avropa Parlamentinin Azərbaycana qarşı islamafobiya platformasına çevrildiyini görürük. Azərbaycan təşəbbüsləri ilə parçalanmış dünyanın bərpasına töhfəsini verəcək”.