Gürcüstan XİN nazirlərin Bakıda keçiriləcək üçtərəfli görüşü ilə bağlı bəyanat yayıb

Martın 15-də Gürcüstanın xarici işlər naziri İliya Darçiaşvili azərbaycanlı və türkiyəli həmkarları Ceyhun Bayramov və Hakan Fidanla birlikdə Gürcüstan-Azərbaycan-Türkiyə xarici işlər nazirlərinin 9-cu üçtərəfli görüşündə iştirak edəcək.
APA-nın Tbilisi müxbiri xəbər verir ki, Gürcüstan Xarici İşlər Nazirliyinin (XİN) bəyanatında belə qeyd olunub.
“Görüşdə tərəflər üçtərəfli format çərçivəsində ölkələr arasında mövcud əməkdaşlıq məsələlərini və bu əlaqələrin möhkəmləndirilməsi perspektivlərini müzakirə edəcəklər”, - məlumatda qeyd olunub.