Dennis Fransis: BMT Baş Assambleyası Azərbaycanın Qoşulmama Hərəkatına uğurlu sədrliyini tanıyır

BMT Azərbaycanın effektiv çoxtərəflilik sisteminin güclənməsi istiqamətində səylərini təqdir edir.
Bunu BMT Baş Assambleyasının 78-ci sessiyasının prezidenti Dennis Fransis XI Bakı Qlobal Forumunda xüsusi çıxışında deyib.

"BMT Baş Assambleyası Azərbaycan hökumətinin daha effektiv çoxtərəflilik sistemini təşviq etmək səylərini, Qoşulmama Hərəkatına uğurlu sədrliyini tanıyır və bunu təqdir edir", - o əlavə edib.