Baş nazir: Ərazi bütövlüyümüz və suverenliyimizin tam təmin edilməsi tarixi hadisədir

Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Şanlı Ordumuz tərəfindən Ermənistanın 30 ilə yaxın işğalçılıq siyasətinə 44 günlük Vətən müharibəsində son qoyulduqdan 3 il sonra - 2023-cü ilin sentyabr ayında bir günlük antiterror tədbirləri nəticəsində ərazi bütövlüyümüz və suverenliyimiz tam təmin edilib.
Bunu Milli Məclisin bu gün keçirilən iclasında Nazirlər Kabinetinin 2023-cü ildə fəaliyyəti haqqında hesabatını təqdim edən Baş nazir Əli Əsədov bildirib.

Baş nazir qeyd edib ki, bu, tarixi hadisədir və bu tarixi hadisə bizim çoxəsrlik tariximizdə xüsusi yerə malikdir: “Məhz 7 fevral tarixində prezident seçkilərinin əsas əlaməti, xüsusiyyəti və önəmi ondadır ki, müstəqillik dövründə ilk dəfə idi ki, seçkilər ölkəmizin bütün ərazilərində keçirilib”.