XİN başçılarının üçtərəfli görüşü başa çatıb

Bakıda Azərbaycan, Gürcüstan və Türkiyə xarici işlər nazirlərinin 9-cu üçtərəfli görüşü başlayıb.
Sherg.az xəbər verir ki, görüşdə Azərbaycan XİN başçısı Ceyhun Bayramov, Türkiyə xarici işlər naziri Hakan Fidan və Gürcüstan xarici işlər naziri İliya Darçiaşvili iştirak edir.

Üçtərəfli görüş çərçivəsində Ceyhun Bayramovun həmkarları ilə təkbətək görüşlərinin, habelə xarici işlər nazirlərinin birgə mətbuat konfransının keçirilməsi nəzərdə tutulub.

***

Azərbaycan, Türkiyə, Gürcüstan xarici işlər nazirləri Ceyhun Bayramov, Hakan Fidan və İliya Darçiaşvili arasında görüş başa çatıb.

Hazırda nazirlər birgə mətbuat konfransı keçirirlər.