Hakan Fidan: Azərbaycan Cənubi Qafqazın parlayan ulduzuna çevrilib

"Azərbaycanın Cənubi Qafqazın parlayan ulduzuna çevrilməsini Türkiyə olaraq fəxrlə izləyirik".
Bunu XI Bakı Qlobal Forumunda çıxış edən Türkiyə xarici işlər naziri Hakan Fidan deyib.
O deyib ki, Azərbaycan regional layihələr, regional diplomatiya sahəsində haba çevrilib: "Azərbaycan əhəmiyyətli tədbirlərə ev sahibliyi edib və edir. Avropanın enerji təhlükəsizliyində Azərbaycan vacib rol oynayır".
Hakan Fidan deyib ki, Azərbaycanın Avropa ilə enerji təhlükəsizliyi sahəsində əhəmiyyətli dialoqu var.