Gürcüstan XİN: Kobaxidzenin Azərbaycana səfəri strateji tərəfdaşlığı gücləndirəcək

Gürcüstan Xarici İşlər Nazirliyi (XİN) nazir İliya Darçiaşvilinin azərbaycanlı həmkarı Ceyhun Bayramovla ikitərəfli görüşünə dair bəyanat yayıb.
APA-nın Tbilisi müxbiri xəbər verir ki, bəyanatda nazirlərin ölkələr arasında əlaqələrin inkişaf dinamikasından məmnunluq ifadə etdiyi qeyd olunub.

Bildirilib ki, İliya Darçiaşvili Azərbaycan-Gürcüstan-Türkiyə XİN başçılarının üçtərəfli formatda növbəti görüşünün əla təşkil edilməsinə və isti qarşılanmaya görə Ceyhun Bayramova təşəkkür edib.

Görüş zamanı üçtərəfli formatın regional inkişafda əhəmiyyəti və rolu vurğulanıb.

“Gürcüstan və Azərbaycan arasında strateji tərəfdaşlığın cari gündəliyini müzakirə edən nazirlər Gürcüstan Baş nazirinin rəsmi səfərinə və martın 16-da Bakıda keçirilməsi planlaşdırılan ikitərəfli strateji tərəfdaşlığın dinamikasını daha da gücləndirəcək ali səviyyəli görüşləri yüksək qiymətləndiriblər”, - bəyanatda vurğulanıb.