“Cənab İlham Əliyev prezident seçildiyi ilk gündən sülhün, əmin-amanlığın və demokratiyanın tərəfdarı olduğunu əsas vəzifə olaraq qarşıya qoyub. Eyni zamanda həmin istiqamətlərdə özünün səylərini əsirgəməyib. Bu hazırki reallıqlarda özünü açıq şəkildə göstərir”
Bu fikirləri millət vəkili Tahir Rzayev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Milli Məclisdə çıxışını “Sherg.az”a dəyərləndirərkən bildirib.O söyləyib ki, torpaqlarımız 30 il düşmən tapdağı altında olan illərdə İlham Əliyev Ermənistanı daima sülhə gəlməyi təklif edib və münaqişənin münasibətlər zəmnində qurtarmasına səylər göstərib:
“Ancaq təəssüflər olsun ki, Ermənistan və havadarları İlham Əliyevin çağırışlarına əhəmiyyət verməyib. Onlar həll yolunu istisna edərək sülh təhrifli çıxışları torpaqlarımızın işğal altında qalmasına zəmin yaradıblar. Yəni Avropa İttifaqı, ATƏT-in Minsk qrupu əslində sülhə deyil, torpaqların işğalda saxlanılmasına çalışıblar. Ancaq Azərbaycan Prezidenti isə sülh danışıqları mümkün olmadığı təqdirdə hərb yoluyla torpaqların azad olunmasını dəfələrlə səsləndirmişdi. Əlbəttə ki, bu çox düzgün yanaşma idi. Çünki beynəlxalq təşkilatlar və Qərb dairələri öz fəaliyyətləriylə sülhdən daha çox təcavüzü dəstəklədiklərini nümayiş etdiriblər. Belə olan halda da Azərbaycan ordusu və xalqı öz rəhbəri altında birləşərək torpaqlarmızı azğın düşməndən xilas etdi. 44 günlük Vətən mübaribəsi, 23 saatlıq antiterror əməliyyatları bütün dünyaya Azərbaycan prezidentinin siyasətinin necə mübariz olduğunu çatdırıb. İlham Əliyev də Milli Məclisin Vll çağırışının ilk iclasında sözügedən məsələlərə böyük önəm verdi və sülh danışıqları ilə bağlı dünyaya öz çağırışlarını çatdırdı. Dövlətimizin rəhbəri çıxışında vurğuladı ki, ll Qarabağ müharibəsi və lokal xarakterli antiterror əməliyyatları nəticəsində suverenliyimizin tam bərpası ölkə qarşısında yeni üfüqlər açır. Həmçinin cənab prezident sülhə çox önəm verdiyini öz çıxışınlarında qeyd etdi. Ümumiyyətlə sülh danışıqlarının təşəbbüskarı Azərbaycandır və biz Ermənistanla sağlam münasibətlər zəmnində yaşamaq niyyətindəyik”.
T. Rzayev vurğulayıb ki, Ermənistan və havadarları isə sülh müqaviləsinin imzalanmasını suni şəkildə ləngidir:
“Qərb dairələri Ermənistanı durmadan silahlandırır və onu münaqişəyə sövq edir. Bu isə sülhə və əmin-amanlığa ciddi şəkildə zərbə vurur. Eyni zamanda İlham Əliyevin sülhün Azərbaycanın milli maraqlarına tam şəkildə uyğun olan formada imzalanmasını istəyir. Buna görə Ermənistan konstitusiyasını dəyişməli və ərazi iddialarındam əl çəkməlidir. Həmçinin Azərbaycanla Naxçıvanı birləşdirən dəhliz açılmalı və Minsk qrupu ləğv olunmalıdır. Çünki Cənubi Qafqazda sülhün bərqərar olması Azərbaycandan daha çox Ermənistana lazımdır. Ali Baş Komandan isə çox qütrətlidir, müdrik siyasətə malikdir. Eyni zamanda ordumuzun və xalqımızın gücünə inanır. Əgər həqiqətəndə Ermənistan yenidən münaqişəyə üstünlük verərsə, Azərbaycan öz gücünü daha qəti şəkildə göstərəcək”.