Ermənistan Baş naiziri Nikol Paşinyan deyib ki, Ermənistan sülhə nail olmaq üçün konstitusiyada dəyişiklik etməyə hazırdır.
Eyni zamanda söyləyib ki, Azərbaycanla sülh müqaviləsi imzalansa, onun məzmununun əsas qanuna uyğunluğunu yoxlamaq üçün saziş ölkənin Konstitusiya Məhkəməsinə göndəriləcək. Əgər Konstitusiya Məhkəməsi müqavilənin Ermənistan Konstitusiyasına zidd olduğu qənaətinə gəlsə, onda biz elə vəziyyətə düşəcəyik ki, sülhə nail olmaq naminə Konstitusiya dəyişiklikləri zəruri olacaq.
Politoloq Fərhad Məmmədov “Sherg.az”a söyləyib ki, Ermənistan konstitusiyasına görə beynəlxalq müqavilələr ölkə qanunvericiliyindən üstündür:
“Yəni Paşinyan Konstitusiya Məhkəməsinə nəzarət edir. Çünki Konstitusiya Məhkəməsinin tərkibi Paşinyanın hakimiyyəti dövründə formalaşıb. Əgər sabah sülh müqaviləsi imzalansa, Konstitusiya Məhkəməsi qərar verəcək ki, bu Ermənistan konstitusiyasına zid deyil. Belə olan halda Azərbaycana qarşı ərazi iddiası konstitusiyada qalacaq və sülh müqaviləsi də imzalanacaq. Biz görürür ki, sərhədin müəyyən edilməsi ilə bağlı kommissiyanın reqlamenti hardakı Alma-ata deklarasiyası əsas götürülüb, bu Konstitusiya Məhkəməsinə gedib. Hətta Ermənistan Konstitusiyası Məhkəməsi dünən qərar qəbul edib ki, reqlamentdə səslənən bütün maddələr Ermənistan konstitusiyasına uyğundur. Amma Ermənistan konstitusiyasında və qanunvericiliyində hələ də Azərbaycana qarşı ərazi iddiaları mövcuddur. Yəni Ermənistan konstitusiyası siyası qərar verib, hüquqi yox. Ona görə də Paşinyanın fikirlərinin reallıqları əks etdirdiyini düşünmürəm”.