"Parlamentarizm: Ənənələr və Perspektivlər" mövzusunda Beynəlxalq Parlament Konfransının iştirakçıları Zəfər Parkını ziyarət edib.
APA xəbər ki, qonaqlara 27 sentyabr 2020-ci ildə başlayan və həmin ilin noyabrın 8-də Şuşanın erməni işğalından azad edilməsi ilə nəticələnən Vətən müharibəsi və Azərbaycanın parlaq qələbəsi barədə məlumat verilib.
Bildirilib ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev istər Vətən müharibəsindən öncə və həmin dövrdə verdiyi vədlərin hamısını yerinə yetirib.
Qeyd edilib ki, müharibə dövründə Türkiyə və Pakistan bayraqları yanaşı dalğalanıb.
Qonaqlar Bakıdakı Hərbi Qənimətlər Parkı barədə də məlumatlandırılıb. Onlara bildirilib ki, 44 günlük Vətən müharibəsi dövründə Ermənistan ordusundan qənimət olaraq götürülmüş hərbi texnika məhz həmin parkda sərgilənir.
Qonaqlar Azərbaycanın Vətən müharibəsində qələbəsinin bütövlükdə Türk dünyasına böyük qürur hissi yaşatdığını bildiriblər.
Sonda xatirə fotosu çəkdirilib.