Tramp: Ukrayna münaqişəsi yekun mərhələdədir

ABŞ Prezidenti Donald Tramp Ukrayna münaqişəsinin yekun mərhələyə çatdığını bəyan edib.

Teleqraf xəbər verir ki, o, bu fikirləri The Atlantic jurnalına verdiyi müsahibədə səsləndirib.

“Hadisələrin necə inkişaf edəcəyini təxminən bir həftə ərzində müşahidə edəcəyik. Biz artıq yekun mərhələdəyik. Bir daha təkrar edirəm: bu, keçmiş Prezident Co Baydenin müharibəsidir. Mən onun məsuliyyətini üzərimə götürmək istəmirəm”, – o bildirib.

Tramp həmçinin əlavə edib ki, bu müharibə ümumiyyətlə başlamamalı idi və onun dövründə heç vaxt başlamazdı.