"Splash" adlı fotoqraflar agentliyi dünyaca məşhur müğənni Cennifer Lopezi məhkəməyə verib.
Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, buna səbəb ifaçının nişanlısı Aleks Rodrigezlə 2017-ci ildə əl-ələ küçədə gəzdiyi fotosunu "İnstaqram" səhifəsində yayması olub. Agentlik həmin fotonun müəllif hüquqlarının onlara aid olduğunu önə sürərək, müğənnini məhkəməyə veriblər. Onlar CeyLodan 150 min dollar tələb edir.
![](https://sherg.az/uploads/editor/96227d0ed6769ad0dc6b4f8258b367e2.jpg)
Qeyd edək ki, daha əvvəl Gigi Hadid, Kim Kardaşyan, Ariana Qrande kimi məşhurlar da bənzər davalarla qarşılaşıb.