Tolik: "Ata olmağı çox istəyirəm"

Prodüser Tarix Əliyev növbəti İnstaqram paylaşımı ilə diqqət çəkib.

"Sherg.az" xəbər verir ki, o bir körpə ilə fotosunu paylaşaraq izləcilərinə sual ünvanlayıb:

"Sizcə, mən necə valideyn olaram? Düzünü deyin. Övlad sahibi olmağı çox istəyirəm".


Onun postuna şou əhli rəy yazıb.

Ayan Babakişiyeva: Çox əla. Amma zəmanəni yaxşı bildiyin üçün ona "olmaz" sözünü çox deyəcəksən.


Sevda Yahyayeva: Tezliklə sənə övlad qismət olsun.


Şəbnəm Tovuzlu: Sən çox gözəl ata olarsan. Mən bunu bilirəm.