Nigar Şabanova "Sherg.az"a açıqladı: "Özəl həyatıma qarışmayın"

Əməkdar artist Nigar Şabanovanın XTQ giziri olan nişanlısından ayrılması ilə bağlı xəbərlər yayılıb. Bu barədə “MTV Azərbaycan” telekanalı süjet hazırlayıb. Onların xasiyyətlərinin uyğunlaşmadığı üçün ayrıldıqları söylənilib. Lakin sənətçi sözügedən xəbəri təkzib edib .
N.Şabanova “Sherg.az”a mövzu haqda bunları söyləyib:

“MTV Azərbaycan” yenidən paylaşım etdi. Əvvəlki videonu sildirdim. Mən özüm açıqlama vermədiyim halda, kimsənin ixtiyarı yoxdur ki, özəl həyatıma qarışsın. İnstaqramda şəkilləri silmək nişanın qayıtması demək deyil. Sadəcə nişanlımla qərarlaşdırdıq, sonra sildim. Göz, nəfs arada boş-boş söhbətlər yaradırdı. Hələ "həri"mizdən fotoları paylaşmışdım. Böyük nişanımız, nikahımız olanda fotolarımızı,  videolarımızı paylaşarıq. Bu, bizim şəxsi işimizdir. Foto silinibsə, hansısa sayt və telekanal xəbər hazırlamaq istəyirsə, öncə məndən soruşmalıdırlar ki, nə məsələdir? Şəxsi səhifəmdir. Nəyi paylaşıb, siləcəyimi özüm bilərəm. Amma “nişanı qaytardı” deyə xəbər hazırlayıblar. Sosial şəbəkə istifadəçiləri də haqqımda xoşagəlməz şərhlər yazıblar. Niyə insanlarda müğənnilərə, mənə qarşı nifrət oyadırlar?
Mənə rəfiqələrim göndərdilər. Dedilər ki, buna bax, gör, nə paylaşıblar. Sonra həmin sayta yazdım ki, xəbərin doğruluğuna əminsiniz? Yəni sübut edin ki nişanı qaytarmışam. Onlar da dedilər ki, biz MTV-dən götürmüşük. Zəng etdim telekanala, söylədim ki, foto silmək münasibətin bitməyi deməkdir?! Şəkili qeyd etdiyim səbəb görə silmişəm. Media nümayəndələri mənimlə əlaqə yarada bilərdilər. Həm də nəsə olsa, səhifəmdə açıqlayaram”.