Xatirə İslam aparıcılara ŞƏRT QOYDU: “Olmadığım yerdə...”

“Mətanət xanım, mən xına işi ilə məşğul olmuram. Yalnız məclislərdə ifa edirəm. Xınayaxdı tərtibatı çətin işdir. Bu qiymətlər, məbləğ sizdə haradan idi? Əslində sizə zəng edib deyə bilərdim. Arada danışırıq axı. Efirdə danışdığınız üçün mütləq cavab belə olmalıdır. Həmin məbləğə görə, özümüzə zəng ediridlər. Mətanət xanım, arada özümüzü yeniləmək lazımdır. Bəlkə 10 il əvvəl zəng etmisiniz".

“Sherg.az” xəbər verir ki, bu sözləri müğənni Xatirə İslam İnstaqramda paylaşdığı videoda söyləyib.

O, fikirlərinə bunları da əlavə edib:

“Bütün verilişlərin aparıcılarına səslənirəm, əzizlərim , mənim olmadığım yerdə adımı çəkməyin. Dönə-dönə xahiş edirəm. Aramızdakı hörmət, izzət uzun ömürlü olsun. Ümumiyyətlə, dəvət edəndə gəlmirəmsə, kim nə istədi danışmalıdır?! Bəs, peşəkarlıq, illərin salamı? Mətanət xanımı çox sevirəm. Yatsam,  yuxuma girməzdi ki, o, nəsə araşdırmadan açıqlama verər. Mən xına tərtibatı etmirəm.  Buna zamanım çatmır”.

Xatırladaq ki, Mətanət Əliverdiyevanın aparıcısı olduğu “6/8  axşam şousu”nda Xatirə İslamın xınayaxdı məclislərinə 1500-5000 manata getdiyi söylənilib.