Sevdanın gəlinlik libasını bu məşhur modelyer hazırlayıb+FOTO

“Onda görüşək” proqramında qonaq olan müğənni Sevda Yahyayeva toy hazırlıqlarından bəhs edib.

“Sherg.az” xəbər verir ki, Sevda toyunda iki paltar geyincəyini söyləyib:


“Birini yerli dizaynerimiz, digərini isə  Muhammer Kətənçi hazırlayacaq”.

M.Kətənçi isə “MTv Azərbaycan”a müğənninin gəlinlik paltarı haqda məlumat verib:

“Həyat yoldaşı ilə birgə  gəldilər. Bədən ölçülərini götürdüm.  O da bütün dizaynı mənim öhdəmə buraxdı. Dedi, nə istəyirsiniz edin geyinəcəm. İki ay üzərində işlədik. Bitirdik və çox gözəl gəlinlik libası oldu. Pandemiya ilə əlaqədar onlar da toylarını təxirə saldılar. Böyük ehtimalla bu yay sonuna doğru toyu olacaq. Mən də dəqiq bilmirəm. Gəlib, bir dəfə geyinib yoxlayacaq. Əslində sənətçilər kaprizli olur. Sevda belə deyil. Mənim üçün əsl xanımdır. Cazibənin, kübarlığın, gözəlliyin hamısı onda birləşib”.