Məşhur müğənni Manafa SÖZ atıb

Müğənni Manaf Ağayev  “Söhbət var” verilişində qonaq olarkən başına gələn bir hadisədən söz açıb.

“Sherg.az” xəbər verir ki, o sözügedən proqramda bunları söyləyib:

“Baloğlan Əşrəfovu dəfn edib evə gəldik. Qanım it qanına dönmüşdü. Dalaşmağa adam axtarırdım. Mənə bir status göndərdilər. Hamının tanıdğı ifaçılardan biri yazıb: “ Müğənnilərimizi  itirə-itirə gedirik. Cavanşir Məmmədovla, Manaf Ağayev dünyasını dəyişsə, maraqsız olacaq”. Özü də bütün günü məni tərifləyən adamdır.  Cavanşir zəng etdi ki, onunla danışdım, təhqir etdim. Söylədim ki, mənim söyüşlə işim yoxdur. Üz-üzə söhbət edəcəm.  İnanın yalvarırdı. Dedim, utanmırsan, axı övladların var? Niyə belə edirsən?  Qayıtdı ki, burada nə var?!  Sonra oğlum dedi ki, ata, bu, hamıya “ilişir””.