Şəbnəmlə Vəfanın daha bir ortaq nöqtəsi ÜZƏ ÇIXDI

Müğənni Vəfa Şərifova “Onun sirri” proqramında həyatı ilə bağlı ilginc faktları açıqlayıb.

“Sherg.az" xəbər verir ki, müğənninin sözlərinə görə, o, illərlə xalasını anası bilib.

“Uzun müddət belə davam edib. Onu “Ana” deyə çağırırdım.  Xalamın iki övladı var idi.  Onları bacım-qardaşım bilirdim. Bir dəfə bizə qonaq gəlmişdi. O təəccüblənib soruşdu ki, sənin iki qızın var imiş? Sonra da işarə etdi. Mənim də ağlım kəsirdi. Orada xalam sakitcə ona dedi ki, rəhmətliyin qızıdır. Artıq anladım”.

Qeyd edək ki, V.Şərifovanın qalmaqal yaşadığı Şəbnəm Tovuzlu da onunla eyni taleyi yaşayıb. O da xalasını bir yaş dövrünə qədər anası bilib.