Xatun mərhum qardaşından yazdı:"Əkizlərinin doğum günüdür, gözümüz..." 

Müğənni Xatun yaxın zamanda dünyasını dəyişən stilist qardaşı Balaşdan yazıb.
“Sherg.az” xəbər verir ki, o mərhumun qızlarının doğum günü olduğunu söyləyib:

“Keçən il bu gün bizimlə idin. Əkizlərinin doğum günüdür, gözümüz səni axtarır. Amma yoxsan, sənsiz çox çətindir. Səbr etməkdən, yaşamaqdan başqa əlimizdən heç nə gəlmir. Həmişə əbədi yadımızda, qəlbimizdə yaşayacaqsan”.

Samirə Ərəblinski