Nazim Faytonçu: "....Sənətdən getməyə hazırlaşıram"

“Meyxana bir janrdır, şifahi xalq ədəbiyyatına məxsusdur. Meyxana deməyin özü istedad tələb edir. Hər insan bacarmaz”.
“Sherg.az” xəbər verir ki, bu sözləri “MTV”-yə açıqlamasında müğənni Nazim Pişyari (Faytonçu) söyləyib. O, fikirlərinə bunları da əlavə edib:

“Bayağı mahnılar olmalıdır, çünki pisləri görməsək, yaxşıların qədrini bilmərik. Ona görə bayağı ifaçılar  olmalıdır ki, peşəkar musiqiçilər seçilsin. Sənətdən getməyə hazırlaşıram, konsertlərimə görə nəyisə satmaram. Hər addımımı ağılla atıram. Düşünürəm ki, bu mənə nə gətirə bilər? Xeyirlərini, şərlərini analiz edirəm. Çünki mən tək deyiləm, ailəm övladlarım var. Atdığım addımdan öncə ailə üzvlərim əziyyət çəkəcək. İmkanım olsa, konsert verərəm”.

Samirə